ÇAYDA BALIQ SEVDASI
ÇAYIN KEÇƏLƏTINDƏ AT DƏYİŞMƏK
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Adaqum çayı
Adaqum (Adıkum, Adaqim, Atakuma,Ataqum; adıq Атӏэкӏумэ) — Rusiyanın Krasnodar diyarında çay. Adaqum Kuban çayının sol qolu olub, uzunluğu 66 km, su toplayıcı hövzənin sahəsi 336 km²-dir. Bakanka və Neberjay çaylarının birləşməsi nəticəsində yaranır. Çayın mənsəbi Markotxsk silsiləsinin şimal yamaclarındadır. Çayın qidalanması qarışıqdır. İl ərzində daha çox yağış suları üstünlük təşkil edir. Adaqum çayı əvvəllər çoxsaylı qollardan ibarət geniş şəbəkəyə malik idi. İndi çay qollarının bir çoxundan məhrum olub. Buna səbəb çay yatağında inşa edilmiş Varnavin su anbarıdır. Məhs Adaqum çayı bu su anbarına tökülür.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Akiqava çayı
Akiqava çayı və ya Akikava çayı — Böyük Tokio bölgəsinin qərbində axan çay. Tama çayının əsas qoludur. == Haqqında == Akiqava çayı iki suayırıcıya malikdir: şimal və cənub. Mənbəyi Çiçibu Tama Kay Milli Parkında yerləşir. Akiruno və Hinohara şəhərlərindən, eləcə də, Kanaqava və Tokio prefekturalarından keçir. Çayın dərəsi populyar istirahət yeridir.
Akkuşa çayı
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Akri çayı
Akri (port. Rio Acre) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Braziliyanın şimal-qərbi və Boliviyanın şimalından axır. Çayın uzunluğu 650 km-dir. Öz başlanğıcını And dağlarpndan götürür. Bir hissəsi Braziliya və Boliviya sərhəddini təşkil edir. Purus çayının mənbəyini təşkil edir. Çay 480 km məsafədə gəmiçilik üçün yararlıdır. Gursululuq dönəmində, yanvardan maya qədər naviqasiyaya yararlı sahə artır.
Aksaut çayı
Aksuat (Хасаут, qaraç.-balk. Схауат) — Qaraçay-Çərkəz Respublikasında çay. Aksuat çayı bol sulu və gür dağ çayı olub Böyük Qafqazın şimal yamacı boyu axır. Aksuat Kiçik Zelençuk çayının sol qolu. == Coğrafiyası == Aksuat — Qaraçay-Çərkəz Respublikasının ərazisində yerləşən az çox bol sulu çaylardan biridir. Aksuat çayı Xasaut buzlağından qidalanır. Çayın uzunluğu 77 km, su toplayıcı hövzəsinin sahəsi isə 843 km²-dir. Aksuat çayı cənubdan şimala doğru uzanan Mıstı-Baş və Aksaut dağ silsilələrinin dərələri boyu axır. Bu silsilənin müəyyən hissəli fərqli adlarla adlandırılır: Qitçe-Teberdin, Ak, Baduk, Xajibey, Kınır-Çat, Qidam və s. Ümumən belə mürəkkəb və dərələrlə parçalanmış dağ silsiləsini Aksuat-Tiberdin adlandırmaq mümkündür.
Aksay çayı
Aksay (устар. Асагалыль, qum. Яхсайсув,; çeç. Яьсси) — Çeçenistanın Naji-Yurt və Qudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, Babayurd və Xasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.. == Relyefi == Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.
Aktaş çayı
Aktaş (qum. Акъташ, çeç. Гӏурий, avar. Ахчи, Казма) — Dağıstan Respublikasında çay. Çay Dağıstanın Kazebek və Xasvyurt rayonları ərazisindən axır. Qumuq dilində toponimin tərcüməsi "ağ daş" — акъ таш demkdir. == Coğrafiyası == Aktaş öz başlanğıcını Suyasi-Meer silsiləsinin şimal-şərq yamacından, Andiyski silsiləsinin kəsişməsindən götürür. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 2300 metrdir. Aktaş çayının meyilliyi 14,6 m/km-dir. Mənsəbinin hündürlüyü isə — 10 metrdir.
Aldan çayı
Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir. == Etimalogiyası == Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir və ya (evenq dilində) elden dəmir mənası verir. == Coğrafiyası == Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır. == Hidrologiyası == Aldan əsasən qar və yağış suları ilə qidalanır.
Amanzimtoti çayı
Amanzimtoti çayı (həmçinin Manzimtoti kimi də tanınır), Cənubi Afrikanın KvaZulu-Natal əyalətində Adams Misyon adlı şəhərin şimal-qərbindəki qısa bir çaydır və Cənubi Afrikanın Amanzimtoti şəhərindən keçir. == Etimologiyası == Zulu Kralı Şaka deyilənə görə bu çayın suyundan içdikdən sonra onu "Kanti amanzi mtoti" ,yəni "Şirin su" adlandırdı və vu ad ingilis dilçiləri bu çayı Amanzimtoti adlandırmağa başladılar. Lakin isizulu dilində şirin mənasına gələn söz mnandi Şakanın anasının adına bənzədiyindən o 'toti' kəlməsini istifadə etməyi daha uyğun hesab etdi. Həmçinin çayın adı ilə daha bir etimologiyada var. Bu, isiZulu sözü olan 'udoti'-dən 'toti' yaranmasıdır ki, bu söz də "Kirkli su" mənasını verir. == Tarixi == Çay əvvəllər bataqlıqlarla əhatə olunmuşdur, lakin daha sonra şəhərinərazisin genişləndirilmə və zibillərin atılması üçün bu bataqlıqlar dolduruldu.İndi bu zibilliklərin üstü örtülmüş idman meydançalarına çevrilmişdir. Çay indi İlanda Vilds təbiət qorğunun bir hissəsi tərəfindən əhatə olunmuşdur.Çay və əhatə etdiyi ərazi indi bir sıra nəsli tükənməkdə olan heyvanlara ev sahibliyi edir və çayın yerləşdiyi ərazinin kiçikliyi nəzərə alınarsa, həddən artıq bio müxtəlifliyə sahibdir.
Amazon çayı
Amazon çayı (port. Rio Amazonas, isp. Río Amazonas) — Cənubi Amerikada çay. Hövzəsinin sahəsinə, su sərfiyyatına görə dünyada birinci, uzunluğuna görə ikinci (Nildən sonra) yeri tutur. == Ümumi məlumat == Mənbələrini And dağlarından götürən Maranyon və Ukayali çaylarının birləşməsindən yaranır və Şərqə doğru axaraq Atlantik Okeanına tökülür. Uzunluğu Maranyon çayının mənbəyindən 6516 km, Ukayali çayının mənbəyindən 7000 km-dən çoxdur. Hövzəsinin sahəsi 7045 min km2-dir. Hövzəsinin çox hissəsi Braziliyada, cənub-qərb və qərb hissələri Boliviyada, Peruda, Ekvadorda və Kolumbiyadadır. Mənsəbində su sərfiyyatı 220 min m3/san təşkil edir. Dənizə daşıdığı su saniyədə 120000 kubmetrdir.Amazon çayında müxtəlif ölçülü adalar vardır.
Amper çayı
Amper (alm. Amper, Ammer‎) — Almaniyanın Bavariya bölgəsindən axan çay. == Əsas göstəriciləri == Amper çayının uzunluğu 185 km, hövzəsinin sahəsi isə 3247,76 кm²-dir. Çay öz başlanğıcını Şimali Alp dağlarından götürür. Ammerze gölünə tökülənə qədər çay Ammer adlanır. Ammer bir çox dağ çaylarının birləşməsindən yaranır. Bunlardan biri Linder çayıdır. Bir çox rəsmi məlumatlarda Amper Linder və başqa çaylarla birlikdə qeyd edilir. Bavariya əyalətində çayın uzunluğu 209,49 km-dir. Çay əvvəl İzar çayına tökülür ki, oradan da Dunaya qovuşur.
Amstel çayı
Amstel çayı - Niderland ərazisində yerləşir. Çayın adına Amsterdam şəhərinin adı qoyulmuşdur. Adi balıqçılıq kəndi olan Amsterdam Amstel çayının yuxarı hissəsində yerləşirdi. Sonra şəhər intensiv inkişaf edərək 1300 il ərzində böyük Amsterdam şəhəri olmuşdur. Bu çayın kənarında yay vaxtı istirahət zonaları vardır. Çayın üzərində çoxlu körpülər var: Maqere-Burq, Blaburq, Xoqe-Slyos və Berlaqeburq. == Qalereya ==r == İstinad == Амстель // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Amur çayı
Amur çayı (çin. 黑龍江, rus. Амур ) — Uzaq şərq və Şimali Asiya ərazisindən axan çay. Çay Rusiya və Çin sərhədi boyunca axır. Onun uzunluğu 2824 metr təşkil edir. Çay Oxot dənizi və Yapon dənizinə tökülür. == Adı == Çayın adı tunqus-mancur dillərində "amar", "damur" olaraq "böyük çay" mənasında işlədilir. Çinlilər Amuru "Xeyxe" (çin. 黑河) — "qara çay", sonra isə "Xeylunszyan" — (çin. 黑龙江) "Qara əjdaha çayı" adlandlrmışlar.
Anqo çayı
Anqo çayı (ing. Agno River, taqal Ilog Agno — Filippin arxipelaqının Luson adasından axan çay. == Coğrafiya == Çayın uzunluğu 206 kilometr, hövzəsinin sahəsi 5952 km² (bu göstərici ilə Luzon adasının Kaqayan və Pampanqa çaylarından sonra üçüncü, ölkənin beşinci çayııdır). Hövzəsinə çoxlu sayda qol daxildir. Aqno mənbəyini Mərkəzi Kordiler silsiləsinin Data dağından, dəniz səviyyəsindən 2090 metr yüksəklikdən götürür. Başlanğıcda çay şimaldan cənuba doğru axır, lakin son rübdə demək olar ki, 180 ° dönüş edir və Linqayen körfəzinin cənub hissəsinə axır. Aqno olduqca sürətli axışçı olan bir çay kimi xarakterizə olunur. Çünki düşməsi hər kilometrə 10 metrdən çoxdur. Ümumi uzunluğunun təxminən 90 kilometri (56 mil) dağlıq ərazilərdən və dərələrdən keçir. Çayda üç su elektrik stansiyası tikilir: Ambuklao, Binqa və San Rock (dünyanın ən yüksək bəndləri siyahısında 39-cu yerdədir).
Anuy çayı
Anuy çayı — Altay Respublikası vı Altay diyarı ərazisindən axan çay. Çay Obun sol qolunu təşkil edir. Çayın mənbəyi Altay Respublikasının Ust-Kanski rayonu ərazisində yerləşir. Altay diyarı ərazusində çay Solomeşenski, Petropovlovski, Bıstroistokski və Smolenski rayonları ərazisindən axır. Çayın uzunluğu 327 km, hövzəsinin sahəsi isə 6930 km² təşkil edir. Yuxarı axarlarda cəmi 35 km Altay Respublikasının ırazisindən keçir. Əsas qolları: Sibirka (Sibiryaçixa — sol, uzunluğu 34 km), Slyudyanka (sol, 46 km), Solovixa (sağ, 32 km), Kudrixa (sol, 32 km), Kamışevka (sağ, 67 km), Karama çayı (277 km), Karakol çayı (294 km). == Əhəmiyyəti == Sahillərind Soloneşnoye vı Petropavlovsk kimi ayon mərkəzləri yerləşir. 1950 illərdən çaydan meşə məhsullarınln daşınmasında istifadə edilir. 2008-ci ildə "RusHidro" şirkəti Anuy çayı üzırində kaskad su elektrik stansiyalarının tikintisini sraşdırmışdır.
Araquaya çayı
Araquaya — Braziliya ərazisindən axan çay. Çayın uzunluğu 2630 km, hövzəsinin sahəsi 370 min. km² təşkil edir. Braziliya öndağlığı ilə axır. Orta axarlarda iki qola ayrılır. Nəticədə dünyada yerləşən ən uzun (300 km) çay yatağında yerləşən adası olan Banabal adasını əmələ gətirir. Aşağı axardan orta axarlara qədər 1300 km məsafədə gəmiçiliyə yararlıdır. Orta su sərfiyyatı 8500 m³-dır. Tokantins çayına tökülür. Yağışlar mövsümü (noyabr-may) daşqınlar müşahidə edilir.
As çayı
As çayı — Cənubi Afrika Respublikası ərazisində çay == Ümumi məlumat == As çayı Cənub—Şərqi Azad Dövlətində Lebenbergsvley çayının bir qoludur. 1968-ci ildən etibarən Bezlehemin şərqindəki sonuncu çay ilə birləşən Sol Plaatje Barajı (əvvəllər: Saulspoort Barajı) tərəfindən məhv edilmişdir. Onun mənşəyi Klarens yaxınlığında, Ruyberqenin şimal yamaclarında, Baytlam şəhərindən təxminən 35 km cənubdadır. 1998-ci ildə Lesoto Dağları Su Layihəsinin şimala çıxışı üçün tunelin açılması ilə kiçik axın güclü bir çaya çevrildi == Suyun çatdırılması == As Çayı Lesoto Dağları Su Layihəsi üçün boşalma nöqtələrindən biridir . 2004-cü ildən etibarən saniyədə 18 kubmetr su çıxarılır və çay axını mövsümi dəyişkən deyil. Mənsəbin aşağı hissəsində yerləşən Stortemelk Barajı, su axını və məhdud eroziyanı sabitləşdirmək üçün Su İşləri İdarəsi tərəfindən görülən bir tədbir idi.2004-cü ilədək, dörd dəfə inşa edilmişdir. == Enerji istehsalı == İki xüsusi hidroelektrik stansiya, Sol Plaatje və Merino, 2009 və 2012-ci illərdə ardıcıl istifadəyə verilmişdir və elektrik şəbəkəsinə 7 MVt ilə təmin edir.Botterkloof Barajında Avtomatlaşdırılmış və aşağıda saxlanılan Stortemelk Hidroenerji Layihəsi 2016-cı ilin iyul ayından etibarən elektrik şəbəkəsinə 4,4 MVt əlavə etmək üçün nəzərdə tutulub == Ekoloji təsir == 1998-ci ildə şimala çıxış tunelinin açılması, suyun həcminin artması,suyun temperaturunun azalması, çay kanalının təmizlənməsi və Saulspoort Barajında çox miqdarda çöküntü olduğu üçün fiziki və kimyəvi dəyişikliklərə səbəb olmuşdur . Kükürd və largemuz sarımsağı kimi əsas göstəricilərin populyasiyaları azaldı və çayın yeddi dənizin balıq növü yoxa çıxdı. Onurgasızların bərpası yalnız bir neçə kilometr aşağı hissədə idi və su yüksək həcmdə sərbəst buraxıldığı zaman təsirsiz oldu. Çox yaşayış sahəsi hələ də mövcud olsa da, su orqanizmləri ilə çayın su kütləsi, aşağı su temperaturu və eroziya potensialı ilə məhdudlaşır.
Asa çayı
Asa çayı (浅川, Asa-kawa) – Yaponiyanın Tokio prefekturasında çay. Tama çayının qoludur. 30,15 kilometr uzunluğundadır. Haçiocidəki dağlardan başlayır və Hino şəhərində Tama çayına qovuşur.
Asseqay çayı
Asseqay çayı, Vakkerstrom, Mpumalanqadan, Cənubi Afrikanın şimalından öz başlanğıcını götürür və Mhkondvo çayına tökülən Piet Retiefin cənub şərqindəki Heyshope su anbarına tökülür. Asseqay çayının qolları arasında Ngulane Çayı, Anispruit, Boesmanspruit ve Kleyin Asseqay çayı var.
Astara çayı
Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhədində çay. Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir. Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80-85%-i keçir. Suvarmada istifadə edilir.
безли́чный где грани́чить империали́стски колоко́льщик косоуго́льник на́добность нашути́ться распры́скивать скла́дывальщица толстопу́зый уро́метр до конца́ ма́менькин сенсацио́нный специализи́роваться субтропи́ческий четвёртая auralize dispatch-box enormity sunburn марал приобщаться прокладывать